BolgeXeber.Com » Dünya » Rusiyada 30-dan çox adamı öldürərək yeyən ər-arvad tutulub

Rusiyada 30-dan çox adamı öldürərək yeyən ər-arvad tutulub

25-09-2017, 16:02
Oxunub: 2 246 Rusiyada 30-dan çox adamı öldürərək yeyən ər-arvad tutulubRusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, ailənin oğurladığı insanları öldürərək yediyi bildirilir.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları ər-arvadın insanları oğurlayaraq qətlə yetirdiyini, daha sonra qalıqlarından konserv hazırladığını müəyyən edib. Qətlə yetirilənlərin cəsədlərinin bir hissəsi şübhəli şəxslərin evindəki soyuducuda tapılıb.

Qeyd edək ki, fakt fəhlələrin sentyabrın 11-də Krasnodarın Repin küçəsindən mobil telefon tapması ilə üzə çıxıb. Həmin telefonda 35 yaşlı yerli sakinin naməlum qadın cəsədinin hissələri ilə fotosu olub. Cəsədin qalıqları səhərisi gün Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə aşkarlanıb.

Bundan başqa, telefonda tutulan ər-arvadın qətlə yetirdikləri digər insanların müxtəlif bədən üzvləri ilə selfi fotoları da olub.

Mətbuat hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır ki, telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini bildirib.

Rəsmi orqanlar hələlik faktı təsdiqləməyib. Hüquq-mühafizə orqanlarının araşdırma aparıldığı bildirilir.