BolgeXeber.Com » Şou-Biznes » Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı

Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı

25-09-2017, 17:12
Oxunub: 3 649 Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdıXəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Məhərrəm ayının ilk günündə oğluna toy edib

AZXEBER.COM-un məlumatına görə, müğənni Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilşində toydan danışıb.

O qeyd edib ki, toy saat 7-8-dən sonra daha da qızışıb: "Sizin çəkiliş qrupunuz toya tez gəlmişdi. Toy 7-8-dən sonra daha da qızışdı".

Bu məqamda qeyd etmək yerinə düşər ki, Məhərrəm ayının ilk günündə oğluna toy edən Manaf Ağayev bir neçə gün öncə mediaya açıqlamasında demişdi:
"Məhərrəm ayı hələ başlamayıb. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”.

Göründüyü kimi, müğənni öz dediklərini özü təkzib edib və bildirib ki, toy axşam saatlarına qədər davam edib.