BolgeXeber.Com » Mədəniyyət » Göyçə ustadları antologiyası təqdim olundu

Göyçə ustadları antologiyası təqdim olundu

26-09-2017, 10:09
Oxunub: 3 724 Göyçə ustadları antologiyası təqdim olunduTətqiqatçı-jurnalist,şair Niftalı Göyçəli bu gün Azərbaycan Yazıçılar Birliyində müəllifi olduğu "Göyçə ustadları"(antologiya)"sını oxuculara təqdim etdi

Ağ Aşıq Allahverdi və Aşıq Alının bu günə qədər çap olunmayan şeirləriylə yanaşı Aşıq Ələsgər və Miskin Abdalın da şeirləri yer alan kitabın redaktoru Hacı Loğman Babacanlıdır.

Tanınmış ziyalılar və saz-söz sevərlərin iştirakı ilə keçən tədbirdə Göyçə aşıq və ədəbi mühiti haqqında tədbir iştirakçılarına geniş bilgilər verilib.

Tədbir iştirakçıları Ağ Aşıq Allahverdi,Alı və Ələsgərə atılan böhtanları birmənalı şəkildə tənqid ediblər.

Tədbirdə çıxış edən Aşıq Ələsgərin kötücəsi Xətai Ələsgərli tədbir iştirakçılarına və kitabın müəllifi Niftalı Göyçəliyə təşəkkür edib.

Xatırladaq ki,kitab tanınmış xeyriyyəçi Akif Nəbiyevin maddi dəstəyi əsasında işıq üzü görüb.