BolgeXeber.Com » Xəbərlər » Bərdədə Ümumdünya Turizm Günü ilə bağlı silsilə tədbirlərə start verilib

Bərdədə Ümumdünya Turizm Günü ilə bağlı silsilə tədbirlərə start verilib

26-09-2017, 10:30
Oxunub: 2 848 Bərdədə Ümumdünya Turizm Günü ilə bağlı silsilə tədbirlərə start verilibBərdə Regioanal Mədəniyyət və Turizm İdarəsi 27 sentyabr Ümumdünya Turizm Günü ilə bağlı silsilə tədbirlərə start verib

27 sentyabr Ümumdünya Turizm Günü ilə bağlı Bərdə Regioanal Mədəniyyət və Turizm İdarəsi Bərdə Turizm İnformasiya mərkəzi ilə birlikdə Bərdə şəhər Elekton kitabxanada dəyirmi masa təşkil edib. Tədbiri giriş sözü ilə Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov açıb. Turizm günü ilə bağlı dəyirmi masa ətrafında toplaşanları təbrik edən Hikmət Heydərov onlara gələcək işlərində uğurlar arzulayıb. Sonra o 27 sentyabr Ümumdünya Turizm günü və Azərbaycanda bu günün qeyd olunmasından və turizmin inkişafından, turizmə dövlət qayğısının olmasından danışıb. O, həmçinin, bildirib ki, dövlətin turizmə qayğısı nəticəsində regionda turizm sahəsi daha da inkişaf edir və turizm potensialının yüksək şəkildə formalaşmasına imkan yaradır. Bundan başqa H.Heydərov Bərdə şəhərinin qədim tarixiliyi ilə yanaşı geniş turizm potensialının olmasından da söz açıb.

Tədbirdə çıxış edənlərdən Bərdə Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Tariyel Məmmədli Azərbaycanda Turizmin tarixindən və onun inkişaf mərhələsindən danışıb. Bildirilib ki, Azərbaycanda ilk səyahət anlayışı ticarət ,dini,siyasi və dərketmə məqsədli olub.

Sonra o Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə Turizm haqqında imzaladığı Fərmandan bəhs edərək bu Fərmanla turizmin fəaliyyətinin əsaslarının müəyyənləşdirdirildiyini, turizm sahəsində münasibətlərin tənzimləndiyini, turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarının müəyyən edildiyini qeyd edib.

O da vurğulanıb ki, 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olunub və bu da öz növbəsində ölkəmizin turizm üçün çox geniş imkanları olmasını göstərməyə mühüm bir addım idi.

Sonda çıxış edənlərdən Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Mehriban Əliyeva Bərdə şəhərinin qədim tarixi haqqında geniş məlumat verib və 500 ilə yaxın bir dövrdə paytaxt şəhər olması, respublika, xarici və yerli əhəmiyyətli tarixi abidələrlə zəngin olması Bərdəyə gələn yerli və xarici turistlərin gəlişinin sürətləndirdiyini bildirib.

Dəyirmi masa qarşılıqlı müzakirə ətrafında davam edib və müəyyən prioritet istiqamətlər müəyyənləşdirilib.
Bolgexeber.com