BolgeXeber.Com » Xəbərlər » Çingiz Qənizadə Qalib Salahzadəni məhkəməyə verdi

Çingiz Qənizadə Qalib Salahzadəni məhkəməyə verdi

26-09-2017, 12:47
Oxunub: 1 590 Çingiz Qənizadə Qalib Salahzadəni məhkəməyə verdiMilli Məclisin deputatı Çingiz Qənizadə keçmiş həmkarı Qalib Salahzadəni məhkəməyə verib

Ç.Qənizadənin vəkili Raqif Mustafayev Report-a bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R.Mustafayev qeyd edib ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

R.Mustafayev bildirib ki, Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsidir.