BolgeXeber.Com » Xəbərlər » Onlayn qatılan sifarişçi qalib oldu - Hərrac

Onlayn qatılan sifarişçi qalib oldu - Hərrac

26-09-2017, 13:48
Oxunub: 2 828 Onlayn qatılan sifarişçi qalib oldu - Hərrac3 əmlaka 11 elektron sifarişin verildiyi hərracda qalib şəxslərdən biri evindən onlayn qatılan sifarişçi olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları investorların hərraclarda iştirakını daha da sadələşdirib.
Bu barədə Bolgexeber.com-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Bu isə hərraclara qatılan sərmayəçilərin sayında artıma səbəb olur.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə rəqabətli hərrac 26 sentyabrda keçirilib. Belə ki, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Eyni zamanda investorların hərraclara onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verib. Budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.
Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Xətai, Suraxanı, Nərimanov rayonlarında yerləşir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi isə 17-55 kv.m arasında dəyişir.
Paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Belə ki, əmlakın ilkin start qiyməti 7 min 500 manat olduğu halda, ən son 12 min 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.
Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərraclarda yaşanan tendensiya nəqliyyat vasitələrində də müşahidə edilib. Belə ki, hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. Özəlləşdirilməyə çıxarılan Toyota Land Cruiser GX markalı avtomobilə 4 sifariş verilib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 9 min 500 manat olmasına baxmayaraq 13 min 545 manata sahibini tapıb. Qeyd edilməlidir ki, qalib evindən internet vasitəsilə onlayn qatılan sifarişçi olub. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Nissan Sunny olub. Adı çəkilən nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 2 min manata olan Nissan Sunny ən son 3 min manata özəlləşdirilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2001-ci ildir.
Hərracda özəlləşməyə çıxarılan əmlaklara sifarişlər elektron qaydada verilib. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bütün sahələrdə olduğu kimi özəlləşmədə də elektron xidmətlərin sferasını genişləndirir. Komitənin 32 elektron xidmətindən 8-i özəlləşmə sahəsinə aiddir. Hərraclara sifariş vermək, iştirakçı statusu qazanmaq elektron qaydada həyata keçirilir. Nəticədə isə geniş investor kütləsinin cəlb edilməsinə şərait yaranır. Bu da əmlaka verilən sifarişin sayının çox olmasında özünü büruzə verir. Qeyd edilməlidir ki, Komitə tərəfindən elektron hərrac xidməti də istifadəyə verilib. Xidmət vasitəsilə nəqliyyat vasitələrinin özəlləşdirilməsi elektron müstəviyə keçib. Mühüm yeniliklərdən biri vətəndaşların keçirilən hərracları olduqları yeri tərk etmədən internet vasitəsilə onlayn qaydada canlı izləmək imkanlarıdır.
Bugünkü hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxın olub.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı 700 mindən artıqdır.
İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur. Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.
Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, təcrübə göstərir ki, özəlləşən müəssisələrə yüksək standartlara uyğun avadanlıq gətirməklə fəaliyyəti yenidən bərpa olunur. Həmin müəssisələr yeni iş yerlərinin açılmasına, müasir xidmətlərin göstərilməsinə, rəqabət qabiliyyətli məhsul istehsalına şərait yaradır. Həmçinin bölgələrin iqtisadi potensialının artmasına, dövlət və vətəndaş mənafelərinin təmin edilməsinə də müsbət təsirini göstərir.
Onlayn qatılan sifarişçi qalib oldu - Hərrac
Onlayn qatılan sifarişçi qalib oldu - Hərrac
Onlayn qatılan sifarişçi qalib oldu - Hərrac