BolgeXeber.Com » Media » “Telekanaldakı proqramlar nəzərdən keçirilir” - ATV-nin yeni rəhbəri

“Telekanaldakı proqramlar nəzərdən keçirilir” - ATV-nin yeni rəhbəri

26-09-2017, 16:05
Oxunub: 2 913 “Telekanaldakı proqramlar nəzərdən keçirilir” - ATV-nin yeni rəhbəri“Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən, artıq vəzifəmin icrasına başlamışam”.

Bolgexeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında ATV telekanalının yeni rəhbəri Azər Xəlilov deyib.

O bildirib ki, hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir.

“Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək”, – A. Xəlilov qeyd edib.