BolgeXeber.Com » Media » ATV-nin 32 əməkdaşı işdən çıxarıldı – Aralarında rəhbər şəxslər də var

ATV-nin 32 əməkdaşı işdən çıxarıldı – Aralarında rəhbər şəxslər də var

26-09-2017, 18:12
Oxunub: 3 286 ATV-nin 32 əməkdaşı işdən çıxarıldı – Aralarında rəhbər şəxslər də varBu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb

Teleqraf.com xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri, rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, “Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.
Qeyd edək ki, bu gün kanalın rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunandan sonra, vitse-prezident, eyni zamanda Qaradağlının qaynı Rauf Dadaşov və aparıcı Turan İbrahimov da ATV-dən kənarlaşdırılıb.