BolgeXeber.Com » Xəbərlər » Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

26-09-2017, 18:27
Oxunub: 1 858 Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdıAzərbaycan Respublikasının prezidenti İlham Əliyev “Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, sərəncamla Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.