BolgeXeber.Com » Şou-Biznes » Mədinə Məlik yeni mövsümə belə başladı - Foto

Mədinə Məlik yeni mövsümə belə başladı - Foto

27-09-2017, 00:50
Oxunub: 11 216 Mədinə Məlik yeni mövsümə belə başladı - FotoTanınmış prodüser Mədinə Məlik yeni mövsümdən yaradıcılıq işlərinə start verib

Tanınmış prodüser Mədinə Məlik yeni mövsümdən yaradıcılıq işlərinə start verib. Prodüser bir neçə yeni mahnını lentə yazdırır. Bolgexeber.com bildirir ki, bu haqda prodüserin özü açıqlama verib: "Yeni bəstə hazırlayıram. Mahnı "Ayrı düşdük" adlanır. Bəstənin musiqisi illərdi hörmət etdiyim dəyərli Millət vəkili, bəstəkar Novruz Aslana, sözləri xalq artisti Rafael Dadaşova, aranjimanı Givi Usenaşviliyə aiddir. Çox gözəl mahnıdır. Bəstəni üzürlü səbəblərə görə 1-2 günə təqdim edə bilmirəm. Mahnını tez bir zamanda dinləyicilərin ixtiyarına verəcəm. Fikrimcə, yeni bəstəm dinləyicilər tərəfindən bəyəniləcək". Qeyd edək ki, Mədinə Məlik yeni mahnılarından birini yaxın zamanda sosial şəbəkədə təqdim edəcək.