BolgeXeber.Com » Şou-Biznes » Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır

Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır

27-09-2017, 11:44
Oxunub: 3 354 Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardırMüğənnilər daha sonra öyrənir ki, toyun ATV ilə heç bir bağlılığı yoxdur və televiziyanın əməkdaşı ifaçını məclisə gətirmək müqabilində müəyyən qədər qonorar alıb

Xəbər verdiyimiz kimi, ötən gün ATV rəhbəri Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.

Onunla birgə kanalın bir neçə vəzifəli əməkdaşı işdən çıxıb. Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

Bir çox tanınmış simalar da ATV kanalının eks-rəhbəri ilə bağlı ittihamlar səsləndirməyə başlayıblar. Müğənni Nura Suri ATV-nin vitse -prezidenti, eyni zamanda Vüqar Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğulayıb. Suri iddia edib ki, Dadaşovun istəyi ilə toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərində müğənnilər ödənişsiz çıxış ediblər. Həmçinin, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçılar qara siyahıya salınıb.

Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu hadisə təkcə Nura Surinin başına gəlməyib. Şou-biznesin bir çox parlaq ulduzları da bu "sınaq"la qarşılaşıb.

Məsələn, sənətçilər üçün ən problemli məsələ toydur. Belə ki, ölkənin tanınmış simaları kanalın vəzifəli şəxslərinin adından toya çağırılır və ATV-nin əməkdaşlarının məclisində çıxış etmələri tələb olunur. TV-nin “zapret” siyahısına düşmək istəməyən ifaçı məclisdə çıxış etmək üçün şadlıq sarayına gedir və hər dəfə yaşadığı mənzərə ilə yenidən qarşılaşır. Yəni, həmin məclisdə ATV-nin heç bir işçisi ilə rastlaşmır. Hətta, 15 dəqiqəlik mahnı oxuyan müğənniyə irad tutulub ki, sizə yarımsaatlıq yer ayrılıb, niyə oxumamısız?

Müğənnilər daha sonra öyrənir ki, toyun ATV ilə heç bir bağlılığı yoxdur və televiziyanın əməkdaşı ifaçını məclisə gətirmək müqabilində müəyyən qədər qonorar alıb.

Hətta, şou-biznesin bir neçə tanınmış ulduzu var ki, bu “kələk”dən xəbərdar olaraq toyu yarımçıq tərk edib. Həmin məşhurlar avtomatik olaraq kanalın musiqi departamentinin rəhbəri Allahverdi Xələfov tərəfindən qara siyahıya salınıb.

Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır

Belə ulduzlar arasında Nura Suri, Günay İbrahimli, Səidə Sultan, Xatirə İslam və başqaları var. Bundan əlavə, əksər müğənnilər kanalın rəhbər şəxsləri arasında şəxsi münasibət zəminində qalmaqal yaşayıb və bununla da, kanalın “qara siyahı”sı genişlənməyə başlayıb. Hətta, ATV-nin ən populyar maqazin proqramı “müğənnisizlik”dən əziyyət çəkib və dəfələrlə iclasda məsələni müzakirəyə çıxarıblar. Lakin onların bu istəyinə önəm verilməyib.

Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır


Həmçinin, xalq artisti Flora Kərimova, əməkdar artist Elza Seyidcahan, Ayan Babakişiyeva, Günel Ələkbərova, Mehriban Xanlarova, Əli Mirəliyev, Aşıq Samirə və daha bir neçə məşhur ulduz ATV rəhbərinin qəzəbinə tuş gəlib. Siyahıda daha çox xanım sənətçilərin olması isə xüsusi diqqət çəkir.

Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır


Bundan başqa, kanal rəhbərliyi qonşu kanallarda seriala çəkilən, veriliş aparan ulduzları da hədəfə alıb. Nəticədə, Oksana Rəsulova, Sevil-Sevinc bacıları, Roza Zərgərli və bir neçə nəfər də ATV-nin efirindən məhrum olub.