BolgeXeber.Com » Ölkə » Bu gün Azərbaycanda qar yağacaq

Bu gün Azərbaycanda qar yağacaq

27-09-2017, 12:06
Oxunub: 2 250 Bu gün Azərbaycanda qar yağacaqBu gündən Bakıda və ölkənin əksər ərazilərində hava şəraiti pisləşəcək

Bolgexeber.com xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış yağacağı, bəzi yerlərdə isə intensiv olacağı gözlənilir. Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın bəzi bölgələrində isə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.