BolgeXeber.Com » Xəbərlər » "Qarabağ" klubu azarkeşlərə yenidən müraciət edib

"Qarabağ" klubu azarkeşlərə yenidən müraciət edib

27-09-2017, 16:11
Oxunub: 1 869 "Qarabağ" klubu azarkeşlərə yenidən müraciət edib"Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya "Roma"sı ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib

Bolgexeber.com-un Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir. Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.