BolgeXeber.Com » Şou-Biznes » Əli Mirəliyev: “Mən özüm Məhəmməd peyğəmbərin qohumlarındanam”

Əli Mirəliyev: “Mən özüm Məhəmməd peyğəmbərin qohumlarındanam”

6-12-2012, 15:20
Oxunub: 4 636 [img=left]uploads/1354796767_eliska.jpg[/img] “Elza, 2013-cü ildən oxuma, çünki sən oxuyan deyilsən.Allah sənə ağıl versin”.

Hər zaman qeyri-adi açıqlamaları ilə təəccüb doğuran əməkdar artist Elza Seyidcahanın bu dəfə “vergili olmağı” ilə gündəmə gəlməsi ortalığı yenidən qızışdırıb. Müğənni-bəstəkarın xüsusi qabiliyyətə malik olması barədə “Onlar” verilişində danışması vaxtilə onu tənqid atəşinə tutan Əli Mirəliyevi əməlli-başlı hiddətləndirib.

“Hiss eləyirəm ki, vergili insanam. Bilirsiniz, həyatda heç bir insan cəzasız qalmayacaq. Bəzi insanlara heyfsilənirəm ki, fikirləri başqadır, pisdir. Onlar məni görəndə gizlənirlər. Mən olduğum yerdə onlar olmaq istəmirlər. Mən elə insanların hamısını xoş, gülər üzümlə məğlub edirəm”-deyən Elzanın sözünü şou-biznesin ən “acıdil” müğənnisi Mirəliyev elə ağzındaca qoyub.

Mirəliyev bu açıqlamanı Elzanın yenidən gündəmə gəlmək həvəsi kimi qiymətləndirib. O, nəinki Elzanın magiyasından qorxduğunu, əksinə, “vergi” məsələsində Elzaya “9 qoyduğunu” dilə gətirib: “Bu sözləri uydurmaqla Elza özünü dahi kimi qələmə vermək istəyir. Mənim ona bir sözüm var;” Allah onun ağlına şəfa versin! Şəxsən, mənim xəstələnməyim Allahın işidir, Mədəniyyət və Turizm Naziri zəhmətimi qiymətləndirmədi, fəxri adlardan məhrum etdi, mən də əsəbdən insult keçirdim. Mən özüm elə vergiliyəm, Məhəmməd peyğəmbərin qohumlarındanam. Kim mənə ilişsə, fatihəsi verilir. Amma Elzaya qarğış eləmirəm, amma yenə də deyirəm, Allah onun ağlına şəfa versin”. Bununla da ürəyi soyumayan Mirəliyev Elzaya ultimutum göndərib; “Elza, 2013-cü ildən oxuma, çünki sən oxuyan deyilsən”.

Elzanın bu açıqlaması hələ bir çox müğənniləri dilə gətirəcək. Doğrudan da bu açıqlama bizi biraz düşünməyə vadar edir. Ey dadi bidad, olmaya, şou-əhlini xəstə salan elə Elzanın “magiyası”dır. Yaddaşımızı qurdalasaq, görərik ki, zaman-zaman Elzanın bostanını daşlayan şou-əhli çox olub. Xalq artisti Aygün Kazımovadan tutmuş, Elariz Məmmədoğlu, Əli Mirəliyev,Tahir İmanova qədər. Sadaladığım bu şou-biznes nümayəndələri də müxtəlif vaxtlarda necə deyərlər “ölüb-ölümdən qayıdıblar”. Məsələn, Aygün əməliyyat olunub, Elariz səhhətində ağır problem yaşayıb, Əli Mirəliyev də insult keçirib.

Qeyd edək ki, bəstəkar-müğənninin ən son qarğıdığı gənc həmkarı Ramaldır. Allah onu Elzanın “qara magiyasından” qorusun. Ramal Türkiyədə səfərdədir, sağ-salamat qayıtsın, cavandır.