BolgeXeber.Com » Xəbərlər » Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı

Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı

27-09-2017, 17:10
Oxunub: 4 510 Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldıMərkəzin açılışında adiyyəti olan QHT rəhbərləri, şəhid ailələri, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlilləri iştirak etdilər

Bolgexeber.com xəbər verir ki,bu gün, Azərbay­can Respub­likası “Beynəlmiləlçi Əlil Döyüşçülər”Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Bakı şəhərində “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sində nəzərdə tutulmuş və zərurətdən irəli gələn «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi » -nin açılış mərasimi keçirildi.

Mərkəzin açılışında adiyyəti olan QHT rəhbərləri, şəhid ailələri, Əfqanstan, Qarabağ müharibəsi və Çernobıl əlilləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc tədbirə başlamazdan öncə tədbir iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi.

Sonra Sərraf Oruc həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verərək, bildirdi ki, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər.

Daha sonra Sərraf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün, əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Baş müşaviri, ehtiyatda olan polkovnik Elşad Şabanov çıxış edərək qeyd etddi ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərən­camlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Respublika Veteranları Təşkilatı da şəhid ailələrinin, müharibə və silahlı qüvvələr veteranlarının, əlillərin tibbi-sosial məsələlərinin həlli istiqamətində səylə çalışır.

Azərbaycan Respublikası Veteranlar Təşkilatının şöbə müdürü, ehtiyatda olan polkovnik -leyntenat İbrahim Ağacanov həyata keçirilən layihə ilə çıxış edərək ümüd edərək bildirdi ki, həyata keçirilən layihə sahəsində yaradımış «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi» -nində, Şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi əlillərinin və Çernobıl qəzası əlillərinin tibbi-sosial hüquqları müdafiə olunmalarına ictimai dəstək verərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununun icrasına öz xeyirli tövhəsini verəcəkdir.

“Ehtiyatda olan Zabitlərin Konfederasiyası” Birliyinin Səbail rayon şöbəsinin sədri ehtiyyatda olan polkovnik Xətai Baxişov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Birliyinin sədri Rövşən Ağamalıyev, “Vətən Müharibəsi Əlillərinə Kömək” Birliyinin sədri Qurban Məmmədov, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri, Çeçenistanın milli Qəhramanı şəhid ailəsi Arif Məhərəmov, “Avropa Demokratiya və İnsan Haqları Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Məcid Məmmədov və bşqa şəhid ailələri, müharibə əlilləri çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin qanunla nəzərdə tutulmuş sığorta pullarının verilməsində və həmçinin Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmalarında yaranmış problemlərdən danışdılar.

Çıxış edənlər öz çıxışlarnın sonunda belə bir əhəmiyyətli layi­hə­nin və layihə sahəsində «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin yaradılmasını müsbət qiymətləndirərək, mərkəızin yardılmasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və layihənin icraçısı olan “Beynəlmiləlçi Əlil Döyüşçülər”Fonduna öz təşəkkürlərini bildirdilər.
Tədbirdə şəhid ailələrinə və müharibə əlillərinə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” haqqında maarifləndirmə kitabları paylanıldı.

Tədbir layi­hənin hüquqşunsatı İlham Əhmədov tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin tibi-sosial məsələləri və sığorta pul vəsaitlərini almaları və əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidmətindən necə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirilərək yekunlaşdı.


“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Mətbuat xidməti Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı
Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi yaradıldı