BolgeXeber.Com » Xəbərlər » Vaqif Aydınoğlu ATV-nin vitse-prezidenti oldu

Vaqif Aydınoğlu ATV-nin vitse-prezidenti oldu

27-09-2017, 17:14
Oxunub: 3 980 Vaqif Aydınoğlu ATV-nin vitse-prezidenti oldu"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib


Bolgexeber.com Unikal.org-a istinadən xəbər verir ki, yeni prezident Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib.

O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.

Vaqif Aydınoğlu təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib:

"Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm”.

***

Vaqif Aydınoğlu "Qafqazinfo"ya bildirib ki, o, TV-də eks-vitse-prezident Rauf Dadaşovun səlahiyyətlərini icra edir.