BolgeXeber.Com » Xəbərlər » ATV-nin prezidenti: “Vaqif Aydınoğlu mənim köməkçim funksiyasını yerinə yetirir” -YENİLƏNİB

ATV-nin prezidenti: “Vaqif Aydınoğlu mənim köməkçim funksiyasını yerinə yetirir” -YENİLƏNİB

27-09-2017, 17:41
Oxunub: 1 993 ATV-nin prezidenti: “Vaqif Aydınoğlu mənim köməkçim funksiyasını yerinə yetirir” -YENİLƏNİB“Vaqif Aydınoğlu ATV-də cari məsələlərin yerinə yetirilməsi məqsədilə müvəqqəti olaraq mənim köməkçim funksiyasını yerinə yetirir”

Bunu açıqlamasında “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov deyib.

O qeyd edib ki, bu təyinat telekanalda keçid dövrünə hesablanıb.


***

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

Vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.