BolgeXeber.Com » Gündəm » BNA verdiyi vədə əməl etmədi, minlərlə azarkeş yağış altında qaldı (VİDEO)
BNA verdiyi vədə əməl etmədi, minlərlə azarkeş yağış altında qaldı (VİDEO)
28-09-2017, 16:07
Oxunub: 2 995
Xəbər verdiyimiz kimi, bu gün Ağdamın “Qarabağ ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirib
Bolgexeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri Bakı Olimpiya stadionunda İtaliyanın “Roma” klubuna 2:1 hesabı ilə uduzublar.
Bu matç həmçinin Azərbaycan futbolu tarixinə ən çox izlənilən oyun kimi düşüb. Bakı Olimpiya stadionunda oyunu 67 min 500 azarkeş canlı izləyib.
Oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyi azarkeşləri stadiona daşınmasını öz üzərinə götürüb. Lakin verdiyi vədə əməl etməyib. Qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. BNA-nın ayırdığı X2 Express xətti isə gözə dəyməyib.
Qeyd edək ki, belə bir hal Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı da baş vermişdi.
Hadisə şahidlərinin məsələ ilə bağlı redaksiyaya göndərdikləri görüntüləri təqdim edirik:
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər