BolgeXeber.Com » Bölgə » Qubanın Xınalıq kəndində qarın hündürlüyü 18 santimetrə çatıb

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 18 santimetrə çatıb

28-09-2017, 11:34
Oxunub: 4 619 Qubanın Xınalıq kəndində qarın hündürlüyü 18 santimetrə çatıbÖtən gecədən başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 18 santimetrə çatıb. Qırız kəndində 11, Qusarın Ləzə kəndində isə 2 santimetr qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Qeyd edək ki, qarın yağması Quba və Qusarın ucqar kəndlərinə gedən yollarda çətinlik yaratmayıb.
Qubanın Xınalıq kəndində qarın hündürlüyü 18 santimetrə çatıb