BolgeXeber.Com » Gündəm » Bakı Nəqliyyat Agentliyi: "Azarkeşlər stadionu tərk edərkən xoşagəlməz hallar yaşanıb"

Bakı Nəqliyyat Agentliyi: "Azarkeşlər stadionu tərk edərkən xoşagəlməz hallar yaşanıb"

28-09-2017, 16:57
Oxunub: 5 353 Bakı Nəqliyyat Agentliyi: "Azarkeşlər stadionu tərk edərkən xoşagəlməz hallar yaşanıb"Bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”–“Roma” görüşündən sonra ekspress xətt avtobuslarının xidmət göstərmədiyi haqqda yayılan xəbərlərlə bağlı bildiririk ki, bütün bunlar həqiqətə uyğun olmayan yalnış iddialardır

Bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”–“Roma” görüşündən sonra ekspress xətt avtobuslarının xidmət göstərmədiyi haqqda yayılan xəbərlərlə bağlı bildiririk ki, bütün bunlar həqiqətə uyğun olmayan yalnış iddialardır.Bolgexeber.com bildirir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin açıqlamasında deyilir.

BNA-dan Bolgexeber.com-a verilən məlumata görə ki, oyun günü saat 16:30-da metronun “Qara Qarayev” və “Gənclik”stansiyalarının çıxışına yaxın ərazidən Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına tamaşaçıların daşınması prosesinə başlanılıb:"Saat 20:00-dək davam edən proses zamanı 21165 nəfər tamaşaçının daşınması təmin edilib. Sərnişinlərin Stadiona daşınması prosesi günün pik saatlarına təsadüf etdiyindən yollarda olan tıxac səbəbindən avtobuslararası intervalda müəyyən gecikmələr yaranıb. Lakin Bakı Nəqliyyat Agentliyinin Dövlət Yol Polisi ilə birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində avtobusların normal fəaliyyəti bərpa edilib.
Oyun başa çatdıqdan sonra azarkeşlərin müəyyən edilən istiqamətlərdə (metronun “Qara Qarayev” və “Gənclik”stansiyaları) daşınması da nəzərdə tutulan plana uyğun icra edilib. Futbol qarşılaşmasının birinci hissəsi yekunlaşdıqdan sonra azarkeşlər Stadiondan çıxmağa başladığından, əks istiqamətdə daşınma vaxtından bir qədər tez başlanılıb.
Ümumilikdə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından metronun “Qara Qarayev” və “Gənclik”stansiyaları istiqamətində 22640 nəfər azarkeşin daşınması təmin edilib.
Terminal ərazisində hərəkətin təhlükəsizliyi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülüb. Məhz polisin dəstəyi sayəsində avtobusların terminal ərazisinə vaxtında çatması təmin edilib.
Bununla yanaşı, axşam saatlarında ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndirilib, ehtiyac olan istiqamətlərdə nəqliyyat vasitələrinin sayı artırılıb.
Məlumat üçün onu da qeyd edək ki, oyundan sonra azarkeşlər Stadion ərazisini tərk edən zaman müəyyən xoşagəlməz hallar yaşanıb. Ərazidəki təlimatçılar və digər məsul şəxslər tərəfindən metronun “Koroğlu” stansiyası istiqamətində yönləndirilən azarkeşlərimiz yağışlı havada arzuolunmaz vəziyyətlə üzləşiblər ki, bu hal bizi də ciddi şəkildə narahat edir. Metro istiqamətində hərəkət edən azarkeşlər ekspress xətt avtobuslarından istifadə edə bilməyib uzun müddət yağışda açıq havada qalmalı olublar ki, bu da müəyyən narazlıqlara səbəb olub. Lakin həmin vaxt İctimai Nəqliyyat Terminalında 430 ədəd nəqliyyat vasitəsi hazır vəziyyətdə olub.
Bir sıra informasiya vasitələri bunu fürsət bilib Bakı Nəqliyyat Agentliyinə qarşı qara PR kampaniyasına başlayıblar. Sosial şəbəkələrdə azarkeşlər tərəfindən çəkilən video görüntüləri KİV haqqında qanunun tələbini pozaraq müvafiq araşdırma aparmadan informasiya portallarında yayımlayıblar. Jurnalist etikasına zidd bu cür informasiyaların yazılması Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi müsbət işlərin üstündən xətt çəkməklə ictimai rəyi yalnış yönləndirməkdir.
Bakı Nəqliyyat Agentliyi fəaliyyətini qara PR üzərində quran və müəyyən maraqlara xidmət edən media qurumlarını qaralama kampaniyasına son verməyə obyektiv və qərəzsiz olmağa, süni günahkarlar təyin edib məlumatı yaymamağa dəvət edir".