BolgeXeber.Com » Siyasət » ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir

29-09-2017, 13:39
Oxunub: 2 837 ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədirABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosunun Qafqazla əlaqələr və regional münaqişələr şöbəsinin yeni direktoru Alisiya Ellison Azərbaycana səfərə gəlib

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosunun Qafqazla Əlaqələr və Regional Münaqişələr şöbəsinin direktoru, xanım Alisia Allison Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata səfər ötən gün başlayıb. Vəzifəsinə yeni təyin olunmuş A. Allisonun Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində o, Azərbaycan, buradakı məsələ və problemlər haqqında geniş məlumat əldə etmək üçün müxtəlif şəxslərlə görüşüb danışıqlar aparacaq.

Qeyd edək ki, Alisia Allison bundan öncə Dövlət Departamentinin Xarici Xidmət İnstitutunda Siyasi Təlim direktoru vəzifəsində çalışıb.

O, həmçinin, ABŞ-ın Moskvadakı səfirliyinin Siyasət Şöbəsində Xarici Əlaqələr bölməsinin rəhbəri, Nikosiyadakı səfirliyin Siyasət Şöbəsinin rəhbəri, Vaşinqtonda Dövlət Departamentinin İcraçı Katibliyində əməkdaşı olub.

Xanım Allison həmçinin Mexiko şəhərində və İstanbulda çalışıb.