BolgeXeber.Com » Dünya » Milyonçu 30 yaşlı arvadına mirasından bir qəpik də vermədi

Milyonçu 30 yaşlı arvadına mirasından bir qəpik də vermədi

29-09-2017, 15:48
Oxunub: 2 995 Milyonçu 30 yaşlı arvadına mirasından bir qəpik də vermədiLos-Ancelesdəki evində 91 yaşında dünyasını dəyişən milyonçu, “Playboy”un qurucusu Hyu Hefnerin sərvətinin kimlərə çatacağı məlum olub

Bolgexeber.commail xarici mediaya istinadən xəbər verir ki, media maqnatının milyonları ayrı-ayrı nikahlardan dünyaya gələn övladları arasında bölünüb. Onun 3-cü – 30 yaşlı arvadı Kristal Harrisə isə bir qəpik belə çatmayıb.

Hyu 43 milyon dollarlıq mirasından gənc xanımına heç nə vəsiyyət etməyib. Hefner mriasının 4 uşağı arasında bölünməsindən sonra qalan qismini xeyriyyə təşkilatlarına bağışlayıb.

Xatırladaq ki, Hyu Hefnerlə 60 yaş kiçik həyat yoldaşı Kristal Harrisin toyu 2012-ci ildə olub.