BolgeXeber.Com » Xəbərlər » Rabitə Nazirliyindən internet probleminə dair AÇIQLAMA

Rabitə Nazirliyindən internet probleminə dair AÇIQLAMA

29-09-2017, 17:35
Oxunub: 1 965 Rabitə Nazirliyindən internet probleminə dair AÇIQLAMASentyabrın 29-da Azərbaycanda internetin sürəti ilə bağlı problem yaşanıb

Hətta, hazırda da istifadəçilər ölkə üzrə internetin çox zəif olduğunu söyləyirlər.Modern.az saytı məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətindən saytımıza bildirilib ki, genişzolaqlı sabit internet şəbəkəsində problem müşahidə olunmur.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir. Həm “Aztelecom”un həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə genişzolaqlı sabit internet şəbəkəsində heç bir problem müşahidə olunmur.”