BolgeXeber.Com » İdman » "Neftçi" nəhayət ki, qalib gəldi, “Qəbələ” uduzdu – VİDEO

"Neftçi" nəhayət ki, qalib gəldi, “Qəbələ” uduzdu – VİDEO

30-09-2017, 09:55
Oxunub: 3 095 "Neftçi" nəhayət ki, qalib gəldi, “Qəbələ” uduzdu – VİDEOAzərbaycan Premyer Liqasında VII tura start verilib

Bolgexeber.com-un xəbərinə görə, günün ilk qarşılaşmasında paytaxt təmsilçiləri üz-üzə gəlib.

“İnter” doğma meydanda 8 görüşdü qələbə qazana bilməyən “Neftçi”yə uduzub. Tərlan Əhmədovun yetirmələri rəqib qapısından 2 cavabsız top keçiriblər. “Neftçi”nin heyətində Derlis Meza Kolli (60) və Rəhman Hacıyev (72) fərqləniblər.

Turun ilk gününün digər qarşılaşmasında isə “Qəbələ” doğma meydanda gözlənilmədən “Kəpəz” klubuna eyni hesabla uduzub. 48-ci dəqiqədə Kərim Diniyev, 10 dəqiqə sonra isə İlkin Sadıqovun qolları sayəsində “Kəpəz” cari mövsümdə ilk qələbəsini qazanıb.



Turnir cədvəli:
"Neftçi" nəhayət ki, qalib gəldi, “Qəbələ” uduzdu – VİDEO