Türkiyəli futbolçu millimizdən imtina etdi
30-09-2017, 13:16
Oxunub: 2 511
Türkiyənin “Bursaspor” klubunun və U-21 milli komandamızın yarımmüdafiəçisi Ozancan Kökcü karyerası ilə bağlı qərar qəbul edib
Apasport.az saytının məlumatına görə, bu barədə oyunçu özü instaqram səhifəsindən açıqlama yeyıb.
Gənc futbolçu Azərbaycan milli komandasında oynamaqdan imtina etdiyini bildirib. Kökcü məsələ ilə bağlı açıqlamasında bunları qeyd edib: “An etibarilə verdiyim qərarı sizinlə paylşamaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və şəxsən, qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim. Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisindən icazəmi istəyirəm. Mənim əvəzimə oynayan dostlarıma ürəkdən uğurlar arzu edirəm. Qəlbim sizinlədir!”
Qeyd edək ki, 19 yaşlı futbolçu bu ildən milli komandamızda çıxış edirdi.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər