BolgeXeber.Com » Xəbərlər » Hesablama Palatası AZAL və Texniki Universitetdə yoxlama aparıb

Hesablama Palatası AZAL və Texniki Universitetdə yoxlama aparıb

30-09-2017, 14:53
Oxunub: 1 748 Hesablama Palatası AZAL və Texniki Universitetdə yoxlama aparıbHesablama Palatasında kollegiya iclası keçirilib

Bolgexeber.com apa-ya istinadən verdiyi məlumata görə, kollegiya iclasında “Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinə və Azərbaycan Texniki Universiteti üzrə daxilomaların və xərclərin proqnozlaşdırılması və icrasına dair hesabatlar müzakirə olunb.
Kollegiyaya dəvət olunmuş Azərbaycan Texniki Universitetinin (ATU) rektor əvəzi Xaliq Yahudov və baş mühasibin müavini Elmir Şükürov müzakirələrdə iştirak edib, kollegiya üzvlərinin suallarını cavablandırıblar.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə qərarın layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.