BolgeXeber.Com » İdman » Voleybol üzrə Serbiya yığması Avropa Çemionatının qalibi oldu

Voleybol üzrə Serbiya yığması Avropa Çemionatının qalibi oldu

2-10-2017, 12:14
Oxunub: 3 234 Voleybol üzrə Serbiya yığması Avropa Çemionatının qalibi olduOktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatının final görüşü keçirilib

Trend-in məlumatına görə, qızıl medal uğrunda Hollandiya milli komandası ilə Serbiya yığması qarşılaşıb. Oyun 1:3 hesabı ilə Serbiya voleybolçularının xeyrinə bitib (20:25, 25:22, 18:25, 18:25).

Beləliklə, Serbiya voleybolçuları Avropa çempionatının qızıl medallarına sahib olublar. Hollandiya milli komandası isə çempionatıın gümüş medalları ilə kifayətlənib.Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında dördüncü yeri tutublar. Çempionatın bürünc medalları uğrunda Milli Gimnastika Arenasında Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gəlib. Komandaların böyük əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Beləliklə, ümumi hesab bərabərləşib – 1:1. Qarşılaşmanın üçüncü seti təşəbbüsə yiyələnən Türkiyə yığmasının üstünlüyü ilə başa çatıb – 14:25. Dördüncü setdə də qalib gələn (8:25) Türkiyə millisi ümumi hesabda qələbə qazanıb - 3:1. Beləliklə, Türkiyə voleybolçuları Avropa çempionatının bürünc medallarına sahib olublar.

Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub.