BolgeXeber.Com » Gündəm » İcra başçısı kəndlini ələ saldı-FOTO

İcra başçısı kəndlini ələ saldı-FOTO

2-10-2017, 18:18
Oxunub: 2 921 İcra başçısı kəndlini ələ saldı-FOTOİcra başçısı kəndlini ələ saldı: "Bir maşın torpaq göndərim, çinlilər kimi evin damına töküb əkərsən”

Göyçay rayonu Cəyirli kəndi sakini 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu Bolgexeber.com-a şikayət məktubu ünvanlayıb. "Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin himayəsi altında Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev saxtakarlıq yolu ilə torpaqları satıb talayır” deyən şikayətçi iddia edir ki, nəticədə də kənd cammatı çıxılmaz vəziyyətə düşüb.

G.Quliyev bildirir ki, torpaqların saxtakarlıqla satılmasından əldə edilən pulun yüksək faizi İcra başçısı Mehdi Səlimzadəyə çatdığı üçün onları himayə edir:
"Mən 18 dekabr 1969-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndinə doğulub bu günə kimi burada yaşasam da, 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilməyib. Bu, açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır. Hazırda 4 nəfərdən ibarət ailə sahibiyəm. Heç bir qanuni əsas olmadan mənə pay torpağı verilməyib, bu hüquqdan məhrum edilmişəm. Buna görə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyrevə dəfələrlə müraciət etsəm də, heç bir tədbir görülməyib. Mənə gətirilən bahanə isə tam əsassızdır.
Bildirirlər ki, həmin illərdə sən Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə sənə pay torpağı düşməyib. Bu, tam əsassız, yalan bəhanələrdi, heç bir qanunu əsası yoxdur. Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasam da, faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs olmayan günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizə gəlib yaşamışam. Həmin vaxtı kəndindən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilib.

Kəndlinin çörəyi torpaqdan çıxır. Hazırda mən işsizəm, torpağım olsaydı, əkib-becərib ailəmi dolandırardım. Mən buna görə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olan zaman məni ələ salıb gülüb deyir ki, tapşıraram sənə bir maşın torpaq gətirərlər çinlilər kimi evin damına töküb əkərsən. İcra başçısı Mehdi Səlimzadə Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevlə əlbir olub torpaqları satıb talan edirlər. Gəlib yerində obyektiv araşdırma aparılarsa, subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib satmaqla məşğuldur. Bu yolla o, hektarlarla torpaq sahəsini satıb talan edib. Belə talançılıqla əldə edilən gəlirdən icra başçısına haqq verdiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur. Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəs Fərhad Nəbiyevlə əlbir olub saxtakarlıqla kəndə məxsus olmuş fermanı ələ keçirib satmışdılar. Özüm 1-ci qrup əliləm heç bir yerdə işləmirəm, istəyim odur ki, torpağımız olsun, əkin-biçinlə məşğul olub ailəmi dolandırım.Torpaqsız kəndli kor insan kimidir”.

Şikayətçi mətbuat vasitəsi ilə ölkə rəhbərliyindən xahiş edir ki, qeyd etdiyi məsələlər araşdırılsın: "Ümid edirəm ki, Cəyirli kənd torpaqlarını saxtakarlıqla satıb talan etmiş Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin və onu himayə edən Göyçay icra başçsı Mehdi Səlimzadənin barəsində tədbirlər görüləcək".
Qarşı tərəfi də dinləməyə hazırıq.

İcra başçısı kəndlini ələ saldı-FOTO
İcra başçısı kəndlini ələ saldı-FOTO
İcra başçısı kəndlini ələ saldı-FOTO