BolgeXeber.Com » Analitika » ŞƏHİD RUHUNUN SƏSİ!

ŞƏHİD RUHUNUN SƏSİ!

2-10-2017, 19:49
Oxunub: 5 038 ŞƏHİD RUHUNUN SƏSİ!Salam,Anacan. Bilirəm yenə məni düşünürsən... Bir bilsən nələr gəldi başıma...? Vətəni sevdim, səni sevdiyim qədər! Amma zalımlar aldılar bizi bir araya, köməksiz qaldım Ana.Vətənimi düşünürdüm həmən an...Namərd gülləsi dəydi sinəmdən,qaçdım irəli məhv edəm düşmənləri, amma birdə gördüm partladı nəsə...Gördüm ayaqlarım yox,cəsədim torpaqın üstə...ağrı da hiss etmirdim, gözüm tor tutmuşdur elə bil.Gozlərimi ovuşdurmaq istədim, əllərim sanki qalxmadı, gördüm əllərim məndən cox aralıda...Bilirsən səni cağırdım: Anaaaaa!-- deyərək.Sən yox idin Anacan! Mən soyuq torpaqda uzanmışam halsız... gözlərim səmaya baxır...silah səsləri gəlir qulağıma,mən isə əlsiz- ayaqsız susmuşam.Birdə gördüm başımın üstündə hərbi geyimdə birisi var və mənə dedi: --Sən ölməmisən,səni mən gör necə oldürəcəm!Turksən! Azərbaycanlı qanınız eynidir,sizi məhv edəcəyik! Sizi siləcəyik yer üzündən!
Mən isə ağzımdan qan axaraq halsız ona baxırdım Ana.Gücümü toplayıb durmaq istədim, dura bilmədim, axı nə əlim var, nə ayağım...Ağzımdan gələn qanımı toplayıb tüpürdüm onun üzünə və dedim:-- Hələ mən ölməmişəm! Siz yersiz- yuvasız satqın insanlarsınız! Ancaq Anacan, deyəsən səsimi eşitmədi. Bilirsən niyə?O, mən deyilmişəm...mənim ruhummuş... Ana, indi payız gəlib bilirəm,mənim sevdiyim meyvələrin fəslidi...Nar,heyva,üzüm... elə istəyirəm səninlə bir yerdə dərib yeyəm,amma bacarmıram.Bilirsən Ana, ruhum sənin yanındadır onu bil! Məzarım yaman soyuqdur...məni hec kəs ziyarət etmir...
Ana, axı mən Vətən ücün döyüşmüşəm!Şəhid olmuşam! Bilirsən Ana, məni isidən nədir? O ücrəngli bayrağımız!Qoy daim ucalsın bayrağımız!Biz Şəhid olsaq da,amma başımızın üstə dalğalanan bayraşımızın səsini eşidəndə bilirik ki, bizim Azərbaycanımız yaşayır!Ziyarət edənlər, bacı-qardaşlarım, ziyarətiniz qəbuldu biz Şəhidlərə!Hər dəfə siz gələndə ətrafınızda gəzirik... söz deyirik... eşitmirsiniz, amma sozümüz budur: Bizi tək qoymayın! Həm də gedin Anamızı da yoxlayın...Bizim qanımızı alın! Biz də rahat yataq Vətən naminə!
Nazir Hətəmov