BolgeXeber.Com » İdman » "Atletiko" "Qarabağ" və "Roma" ilə oyunların biletlərini satışa çıxarıb

"Atletiko" "Qarabağ" və "Roma" ilə oyunların biletlərini satışa çıxarıb

3-10-2017, 10:03
Oxunub: 3 068 "Atletiko" "Qarabağ" və "Roma" ilə oyunların biletlərini satışa çıxarıb İspaniyanın “Atletiko” komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” və İtaliyanın "Roma" klubuna qarşı keçirəcəyi son iki ev oyununun biletlərini satışa çıxarıb

“Report” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan komandası ilə matç üçün ən ucuz bilet 10 avrodur. Əvəzində "Roma" ilə oyuna ən ucuz bilet bundan 3 dəfə bahadır.
Qeyd edək ki, "Qarabağ"la ev oyunu okyabrın 31-də, "Roma" ilə qarşılaşma isə noyabrın 22-də "Metropolitano" stadionunda keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.