BolgeXeber.Com » Sosial » "Külək evmizin içində əsir" - Ağdaş sakini kömək istəyir

"Külək evmizin içində əsir" - Ağdaş sakini kömək istəyir

3-10-2017, 10:44
Oxunub: 3 144  "Külək evmizin içində əsir" - Ağdaş sakini kömək istəyirAğdaş rayon sakini Hürü Musayeva və ailəsi çətin vəziyyətdədir

Saytımıza açıqlama verən H.Musayeva evlərinin qəzalı vəziyyətdə olduğunu deyib: "İki qızım, bir xəstə anamla yaşayıram. İnsult keçirib, yerdə ağır yatır. Özüm də tənha qadınam. Heç bir yerdən dəstəyimiz, köməyimiz yoxdur. Bu qədər çətinliyin içində evimizin qəzalı vəziyyətdə olması həyatımızı daha da dözülməz edib. Ev demək olar ki, uçmaq üzrədir. Pəncələrin şüşəsi yoxdur, yağış yağanda evin içi su olur. Hələ payızdır evimiz belə soyuqdur. Külək evmizin içində əsir. Dəfələrlə İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm. Cavabları bu olub ki, sizə kömək edə bilməcəyik. Evimiz vaxtında təmir olunmasa, uçacaq. Ailəmin həyatı təhlükədədir. Kimsə körpələrimə kömək əlini uzatmaq istəmir. Çox şey istəyirəm? Sadəcə balalarım yaşasın istəyirəm. Soyuqdan donub ölməsinlər. Evdə yeriyəndə belə qorxa-qorxa gəzirik". Hürü Musayeva bildirib ki, onlara kömək edəcək heç bir qohumu, yaxını yoxdur: "Ümidim dövlətə və xeyirxah insanlaradır. Balalarımın xilası üçün mənə kömək etsinlər. Onlara nəsə olsa, yaşaya bilmərəm".