BolgeXeber.Com » İqtisadiyyat » Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar rəqabətli şəkildə davam edir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar rəqabətli şəkildə davam edir

3-10-2017, 12:03
Oxunub: 3 806  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar rəqabətli şəkildə davam edirHüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar rəqabətli şəkildə davam edir

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə, Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 3 oktyabr tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan QAZ-2705 nəqliyyat vasitəsinə 2 sifariş verilib. İlkin start qiyməti 1 min 250 manata olan QAZ-2705 ən son 2 min 450 manata özəlləşdirilib.
Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 64,5 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı rayonlarında, digəri isə Sumqayıtda yerləşir.
Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Suraxanı rayonunda yerləşir. Həmin əmlak 2 min 250 manata sahibini tapıb.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Belə ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.
Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesilərini qurmaq imkanı yaradır. Bu isə iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin artmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 10 oktyabr tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2539
 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar rəqabətli şəkildə davam edir