BolgeXeber.Com » Dünya » Las-Veqasda ölənlərin sayı 59 nəfərə çatıb, 527 nəfər yaralanıb

Las-Veqasda ölənlərin sayı 59 nəfərə çatıb, 527 nəfər yaralanıb

3-10-2017, 12:28
Oxunub: 2 437 Las-Veqasda ölənlərin sayı 59 nəfərə çatıb, 527 nəfər yaralanıbABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb

Bolgexeber.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.

“Ölən və yaralananların sayı artıb. Hazırda 59 nəfərin öldüyü təsdiqlənib, yaralıların sayı 527 nəfərə çatıb”, deyə C.Lombardo bildirib.

Qeyd edək ki, ötən gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib.