BolgeXeber.Com » Dünya » 44 ildir əlini aşağı endirmir

44 ildir əlini aşağı endirmir

3-10-2017, 13:59
Oxunub: 2 784 44 ildir əlini aşağı endirmirBir dəfə əlini tanrı Şivanın eşqinə yuxarı qaldırmış Amar Bharti, artıq az qala əsrin yarısına bərabər müddətdə (44 il) ağrı və şikəstliyə rəğmən əlini hələ endirməyib

Hind sadhu (mömin, müqəddəs) Amar Bharti mənəviyyat dünyasına qədəm qoymamışdan əvvəl, Nyu-Dehlidə klerk olaraq çalışıb. Bir gün, daha dəqiq desək, 1973-cü ildə tanrı Şivanın şərəfinə əlini başı üzərinə qaldıran bu şəxs günümüzə qədər beləcə ömür sürməkdədir. Xalq isə onu müqəddəs hesab edir.
Bu illər ərzində Bhartinin sağ qolu dəri ilə örtülmüş yararsız sümük parçasına çevrilib. Əl barmaqlarının dırnaqlarını tutmadığından dırnaqları qalınlaşaraq bürmələnib. Bhartinin qolu tamamilə şikəst olaraq qeyri-təbii şəkildə şaquli vəziyyət alıb.