BolgeXeber.Com » Bölgə » Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO

Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO

4-10-2017, 09:26
Oxunub: 4 987 Bərdədə seminar-müşavirə təşkil edilib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində seminar-müşavirə təşkil edilib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. Seminar-müşavirə Regional İdarənin rəisi İlyas Hacıyevin rəhbərliyi ilə baş tutub. İlyas Hacıyev sentyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsidə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin tapşırıq və tövsiyyələrini seminar-müşavirə iştirakçılarına çatdırıb. Çıxışını davam etdirən İlyas Hacıyev Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayenin də vurğuladığı kimi kitabxana sahəsinin daim dövlətin diqqət mərkəzində olmasından, kitabxana sisteminin optimallaşdırılması və təkmilləşdirilməsindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. O da vurğulanıb ki, müəssisələrdə çox tez bir zamanda zamanın tələblərinə uyğun olaraq işlərin qurulması üçün mütəmadi tədbirlər görüləcəkdir.

Turizmin inkişafı ilə əlaqədar mədəniyyət müəssisələrində regionun iqtisadi göstəricilərini əks etdirən məlumatlandırıcı lövhələrin təkmilləşdirilməsinin vacibliyini qeyd edən İlyas Hacıyev bu prosesin tez bir zamanda başa çatdırılmasının va vacibliyini qeyd edib.

Müşavirənin gündəliyində duran məsələlərdən biri olan “Dövlət Müstəqilliyi Günü” barəsində çıxış edən Regional İdarənin rəisi bununla bağlı hazırlıq işlərinin görülməsindən və silsilə tədbirlərin təşkilindən danışıb.

Daha sonra İdarənin rəisi mədəniyyət müəssisələrində kino filmlərin nümayiş olunmasından, vətənpərvərliklə bağlı tədbirlərin təşkilindən və mətbuatla sıx əlaqələrin qurulmasından söz açıb.

Semanar-müşavirədə çıxış edən Regional İdarənin məsləhətçisi Validə Nabatova isə idarənin tabeliyində olan mədəniyyət müəssisələri arasında qarşılıqlı əməkdaşlıq proqramlarının həyata keçirilməsindən bəhs edib. O qeyd edib ki, : - “Məqsədimiz bir-birimizlə qarşılıqlı əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini planlı şəkildə inkişaf etdirməkdir”.

Seminar-müşavirədə həmçinin, Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova və rayon MKS-nin direktoru Havva Mirzəyeva da çıxış edib. Onlar Azərbaycan xalqının əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, Azərbyacan mədəniyyətinin dünyaya çatdırılması və bu sahədəki mövcud potensialın inkişaf etdirilməsi, ümumbəşəri dəyərlər və dünyəvilik zəmnində formalaşdırılması istiqamətində görülən tədbirlərdən söz açıblar.

Bolgexeber.com
Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb və bəzi fikirlər müzakirə olunub.
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO
Bərdədə seminar-müşavirə təşkil edilib-FOTO