BolgeXeber.Com » Siyasət » Kataloniya tezliklə müstəqilliyini elan edəcək – Rəsmi

Kataloniya tezliklə müstəqilliyini elan edəcək – Rəsmi

4-10-2017, 11:04
Oxunub: 2 751 Kataloniya tezliklə müstəqilliyini elan edəcək – RəsmiKataloniya bir neçə gün ərzində müstəqilliyini elan edəcək

Bolgexeber.com xəbər verir ki, bunu Kataloniya Baş naziri Karles Puçdemon BBC-yə müsahibəsində söyləyib. Onun sözlərinə görə, Kataloniya hökuməti bu həftənin sonu, ya da gələn həftənin əvvəlində bu istiqamətdə hərəkətə başlayacaq.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada İspaniyanın tərkibindən ayrılmaq barədə səsvermə keçirilib. Seçkidə 2,26 milyon insan iştirak edib. Səsvermənin nəticəsinə görə, 90% insan müstəqilliyə səs verib.

Madrid bu referendumu qeyri-qanuni hesab edir.