BolgeXeber.Com » İdman » Azərbaycan Millisinə ağır itki - Maksim Medvedev zədəlidir

Azərbaycan Millisinə ağır itki - Maksim Medvedev zədəlidir

4-10-2017, 15:22
Oxunub: 2 924 Azərbaycan Millisinə ağır itki - Maksim Medvedev zədəlidirÇexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib

Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib.
Bolgexeber.com-un məlumatına görə, AFFA-nın rəsmi saytı "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin zədəli olduğü üçün heyətdən çıxarıldığını yazıb.
O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.