BolgeXeber.Com » İdman » DÇ-2018: Azərbaycan yığması Çexiya millisinə məğlub olub - VİDEO

DÇ-2018: Azərbaycan yığması Çexiya millisinə məğlub olub - VİDEO

6-10-2017, 09:54
Oxunub: 4 053 DÇ-2018: Azərbaycan yığması Çexiya millisinə məğlub olub - VİDEOFutbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində IX tur matçına çıxıb

Rəqib Çexiya yığması olub.Bakı Olimpiya Stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Meydan sahiblərindən yeganə qolu 55-ci dəqiqədə Əfran İsmayılov vurub. O, Ruslan Qurbanova qarşı kobudluqdan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
Çexiyanın qollarını isə 35-ci dəqiqədə Yan Kopets, 66-cı dəqiqədə isə Antonin Barak vurub.
Bununla da 10 xalla qalan Azərbaycan millisi C qrupunda 3-cü pillədəki mövqeyini itirərək, ən azı bir pillə enib. Xallarını 12-yə çatdıran Çexiya isə 3-cü pilləyə yüksəlib. Bu gün Norveç San Marinoya qalib gəlsə, Robert Prosineçkinin baş məşqçi olduğu komanda 5-ci pilləyə yuvarlanacaq.
Çexiya ilə oyun kapitan Rəşad Sadıqovun Azərbaycan millisində son matçı olub. Görüşdən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev ona xatirə hədiyyəsi təqdim edib.

DÇ-2018: Azərbaycan yığması Çexiya millisinə məğlub olub - VİDEO