BolgeXeber.Com » İdman » DÇ-2018: Bu gün daha 3 qrupda 9 oyun keçiriləcək

DÇ-2018: Bu gün daha 3 qrupda 9 oyun keçiriləcək

6-10-2017, 10:31
Oxunub: 3 011 DÇ-2018: Bu gün daha 3 qrupda 9 oyun keçiriləcəkBu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun növbəti görüşləri keçiriləcək

"Report"un məlumatına görə, turun ikinci oyun günündə D, G və İ qruplarında 9 qarşılaşma oynanılacaq.

İ qrupunda yer alan Türkiyə millisi İslandiyanı qəbul edəcək. "Ay-ulduzlular" Eskişehir stadionundakı matçdan qalib ayrılacaqları təqdirdə, ən azı ikinci pilləyə yüksələcəklər. Mirça Luçeskunun baş məşqçi olduğu komandanın liderə çevrilməsi üçün isə Xorvatiyanın Finlandiya ilə ev oyununda xal itirməsi lazımdır.

G qrupunda İspaniya yığması "Qarabağ"ın futbolçusu Ansi Aqollinin kapitanı olduğu Albaniya millisini qəbul edəcək. Aqollinin komandası "pley-off"a vəsiqə verən 2-ci pillə şanslarını demək olar ki, əldən verib. Albaniya 3-cü pilləni əldən verməmək üçün səfərdə xal qazanmağı hədəfləyib. İspaniya isə qələbə qazansa, sona bir tur qalmış DÇ-2018-in final mərhələsinə qrup qalibi kimi birbaşa vəsiqəni təmin edəcək. Bu halda ikinci pillədəki İtaliya üçün Makedoniya ilə qarşılaşma formallığa çevriləcək.

D qrupunda isə Uels səfərdə Gürcüstanı yenə bilməsə, Serbiyaya Avstriya ilə səfər oyununda heç-heçə də kifayət edəcək. İrlandiya isə ilk 2 pilləyə iddiasını davam etdirmək üçün mütləq Moldovaya qalib gəlməlidir.

DÇ-2018

Seçmə qrup mərhələsi, IX tur

6 oktyabr

D qrupu

20:00. Gürcüstan - Uels

22:45. Avstriya - Serbiya

22:45. İrlandiya - Moldova

Xal durumu: Serbiya - 18, Uels - 14, İrlandiya - 13, Avstriya - 9, Gürcüstan - 5, Moldova - 2.

G qrupu

22:45. İspaniya - Albaniya

22:45. İtaliya - Makedoniya

22:45. Lixtenşteyn - İsrail

Xal durumu: İspaniya - 22, İtaliya - 19, Albaniya - 13, İsrail - 9, Makedoniya - 7, Lixtenşteyn - 0.

I qrupu

22:45. Türkiyə - İslandiya

22:45. Xorvatiya - Finlandiya

22:45. Kosova - Ukrayna

Xal durumu: Xorvatiya - 16, İslandiya - 16, Türkiyə - 14, Ukrayna - 14, Finlandiya - 7, Kosova - 1.