BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR

Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR

6-10-2017, 12:51
Oxunub: 7 235 Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR"Məni tanıyanlar bilir ki, boşu-boşuna açıq-saçıq geyinən modellərdən deyiləm"

– Pərvin xanım, sizi model-aktrisa kimi son illərdə tanınmağa başlamışıq. Neçənci ildən bu sahədəsiniz?

– Mən bu sahədə ilk addımlarımı 2009-cu ildə atmışam. Amma ilk böyük işim “Amor fashion day”-də oldu. Həmin gün AFD-nin açılışını etmişdik.

– Adətən azərbaycanlı ailələr qızlarının model olmasını arzulamır. Ailənizdə sizin bu seçiminizə qarşı çıxanlar oldu?

– Xeyr, ailəm mənə qarşı çıxmadı, əksinə, çox dəstək oldu. Valideynlərim hər uğurumda mənim yanımda olublar. Mən 3 yaşımdan rəqslə məşğul olurdum, bütün rəfiqələrimi yığıb onlara səhnəciklər göstərirdim.

– Bir müddət əvvəl Əhməd Mustafayevin klipində çəkildiniz. Bu klip də söz-söhbətsiz ötüşmədi. Hətta müğənni ilə sevgili olduğunuz xəbərləri də yayıldı.

– Xeyr, həqiqət odur ki, biz dost idik və indi də dostuq. Hətta biz bu yaxınlarda bir realiti şouda da rastlaşdıq. Mənim Əhmədə dost kimi böyük sevgim və hörmətim var.

– Sizə elə gəlmir ki, həddindən artıq açıq-saçıq geyinirsiniz?

– Bu, çox maraqlı sualdır və cavabı da gözəl olmalıdır. Mənə elə gəlir ki, insan təmiz, ona rahat olan geyimi zövqlə geyinməlidir. Bunları nəzərdə tutub deyirəm ki, mən gözəlliyimi göstərirəm, çirkinliyimi yox. Bundan əlavə də mən çəkilişlərdə işimlə əlaqədar olaraq açıq-saçıq geyinirəm, adi günlərdə isə çox sadə geyinirəm, heç kimdən seçilmirəm. Mənim İnstagram səhifəmdə yalnız işlə bağlı şəkillərim var. Gündəlik həyatımdan çox az fotolar paylaşıram. Ona görə də hamı düşünür ki, mən açıq-saçıq geyinirəm. Mən modeləm, çəkilişlərimdə tam qapalı geyinə bilmərəm.

– Modellər mütləq şəkildə açıq-saçıq geyinməlidir ki? Dünyada olan bir çox modellər qapalı geyimlərdə də bədən ölçülərini nümayiş etdirə bilirlər.

– Reklam etdiyim geyimlərin dizayneri özüm deyiləm. Açıq geyimlər də geyinirəm, qapalı da. Mən son zamanlar isti ölkələrdə yaşamışam deyə, geyimlərim Azərbaycana aid olmaya bilər, amma inanın, mənə nə rahatdı onu geyinirəm. Yaraşmasa, təbii ki, geyinmərəm.

– Açıq-saçıq geyimlərinizə görə sizi tənqid edənlər olubmu?

– Məni tanıyanlar bilir ki, boşu-boşuna açıq-saçıq geyinən modellərdən deyiləm. Sırf çəkilişlərim üçün açıq-saçıq geyimlərə üstünlük vermişəm. Mənim özümə heç kim bunu irad tutmayıb, çünki ətrafımdakılar normal psixologiyaya malik insanlardır. Həmin insanlar da kiminsə həyatına, geyiminə əsla qarışmazlar.

– Bahalı brend markanın siması olaraq soyunmağınız tələb olunarsa, hansı addımı atarsınız?

– Bikinidə çəkilərəm, amma düşünmürəm ki, soyunmağa razılaşaram.

– Heç bir pul qarşılığında razılaşmazsınız?

– Mən bu suala cavab verə bilmirəm. Yəqin ki, razılaşmaram. Məni öz brend markasının siması görmək istəyən bikinidə də olmağıma razılaşar. Mütləq şəkildə lüt olmaq məcburiyyətində deyiləm ki?

– Amma İnstagramda pulsuz soyunan həmkarlarınız kifayət qədərdir.

– Söhbətin kimdən getdiyini bilmirəm. Bircə onu bilirəm ki, bir model ki, gözəl və cəlbedicidirsə, onun işi də, şəkilləri də mükəmməl və qiymətli olacaq. Yox, əgər sadaladıqlarımın biri onda yoxdursa, deməli, siz dediyiniz kimi, çılpaq görünəcək.

– Söhbət sizin həmkarınız Səmra Hüseynlidən gedir. Bir neçə gün öncə İnstagramda lüt fotosunu yayımlamışdı…

– Səmra ilə bir-iki dəfə moda gecəsində rastlaşmışıq. Onu qınaya bilmərəm, öz işidir. Ümumiyyətlə, mən hər bir modelə dəstəyəm. Özümdən başqa heç kimi qınaya bilmərəm. Kiminsə həyatına, geyiminə qarışmağı sevmirəm.

– Gözəl xanımsınız, film və seriallarda niyə çəkilmirsiniz?

– Dəvətlər çoxdur, amma çəkilmək istəmirəm.

– Niyə bəs çəkilmirsiniz?

– Bəzən ssenaridən, bəzən isə qonorardan narazı oluram.

– Bəs qazancınız hardandır?

– Azərbaycanda moda ilə bağlı işlər çox az olur, daha çox Avropa ölkələrində işlərimiz olur. Hal-hazırda realiti şoularda iştirakıma görə bir az öz işlərimdən uzaqlaşmışam. Amma bir müddət sonra Avropa ölkələrində kontrakt bağlayacağam.

– Həyatınızda özəl biri varmı?

– Təbii ki, xanım olduğuma görə mənim də həyatımda kimsə olub, amma indi yoxdur.

– Ayrılmısız?

– Bəli.

– Səbəb?

– Mən bu mövzu haqqında danışmaq istəmirəm. Bircə onu etiraf edim ki, mənim kimi kaprizli bir xanımla münasibət qurmaq çox çətindir.

– Kaprizli olduğunuzu boynunuza aldınız. Yəqin ki, günah sizdə olub.

– Bir münasibətdə iki tərəf də günahkardır. Mən tək olsam və nəsə düzgün addım atmasam, səhv təbii ki, məndə olardı. Amma münasibətdə iki nəfərdən biri yox, elə ikisi də günahkardır. Vacib olan budur ki, mən belə də xoşbəxtəm. Əkizlər bürcü olduğum üçün hər şeyə rahat baxıram.

– Ayrılığı da normal qəbul edirsiz?

– Normal qəbul etmirəm, sadəcə, rahat yaşayıram.

– İstəməzsiniz həyatınızda sevgi olsun?

– Niyə istəmirəm ki? Sadəcə olaraq, mənə bir az vaxt lazımdır. İstəyirəm ki, həyatımda maraqlı bir insan olsun. Onunla özümü rahat və güvəndə hiss edim.

– Təklif edənlər varmı?

– Sizcə?

– Məncə, çox olar.

– Bəli (gülür).

– Bu təkliflərin içində bir gecəlik sizinlə gün keçirmək istəyənlər olurmu?

– Mən özümə çox güvənirəm. İstəsəm, bir kişi həmişəlik mənim olar. Amma sağ olsunlar, hələ ki, bir ömürlük təkliflər gəlir. Bir gecəlik yox (gülür).

– Bu qədər təkliflərin içində özünüzə seçim edə bilmirsiniz?

– Düzü, buna görə heç tələsmirəm də. Təklif çoxdur, sadəcə, təklifin ardınca gedən insan güclü olmalıdır. Ən əsası mənim kaprizlərimə dözməlidir.
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR
Azərbaycanlı model-aktrisa: “İstəsəm,o kişi həmişəlik mənim olar, bir gecəlik yox” – FOTOLAR