BolgeXeber.Com » Şou-Biznes » Röya Azərbaycana nə üçün geri döndü?

Röya Azərbaycana nə üçün geri döndü?

8-12-2012, 10:10
Oxunub: 4 075 Roya ailsi ilə bir arada oldu. Xəbər verdiyimiz kimi məşhur müğənni Röya Ayxan fəaliyyətini Türkiyədə davam etdirir. Xeyli zamandır qardaş ölkədə qonaq olan ulduz yeni təqdim etdiyi “Göndər” adlı mahnısını türk kanallarında nümayiş etdirəndən sonra Vətənə dönüb.

Yenicə paytaxtımıza gələn müğənni artıq sabah yenidən İstanbula qayıdır. Gəlişinin səbəbini eksklüziv olaraq SİA-ya açıqlayan müğənninin oğlu üçün darıxdığı bəlli oldu. Balaca Hüseyn və həyat yoldaşı Anarı görməyə gələn Röya iş çoxluğundan İstanbula getmək məcburiyyətində qaldığını da gizlətməyib.

Röyanın prodüsseri Kənan Bayramov isə işlərin nə vaxt sona çatacağından xəbərsizdir: “Hələ işimiz çoxdur. Sabah yenidən gedirik, nə vaxt qayıdacağım isə bəlli deyil”.