BolgeXeber.Com » İdman » Berti Foqts: "Azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdılar"

Berti Foqts: "Azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdılar"

7-10-2017, 14:43
Oxunub: 3 359 Berti Foqts: "Azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdılar"Azərbaycan millisinin keçmiş baş məşqçisi Berti Foqts Almaniya mətbuatına danışıb

Bolgexeber.com komanda.az-a istinadən xəbər verir ki, alman mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Almaniya - Azərbaycan oyunu ilə əlaqadər verdiyi açıqlamada bunları deyib:

"Azərbaycanla bağlı deyəcəyim xüsusi bir şey yoxdu. Onlar ancaq San-Marino üzərində qələbələri xəyal edirlər. Qrupda ikinci yeri tutmaq? Bu, onlar üçün çox çətindi. Bu haqda danışmağa dəyməz.

Amma məncə, Azərbaycan futbolu düzgün yoldadı. Orda Almaniyanın ikinci Bundesliqasında çıxış edə biləcək futbolçular var. Ancaq bildiyim bir şey var ki, azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdılar".