BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi hərbi hissədə ədəbi- bədii tədbir təşkil edib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi hərbi hissədə ədəbi- bədii tədbir təşkil edib

11-10-2017, 11:02
Oxunub: 1 887 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi hərbi hissədə ədəbi- bədii tədbir təşkil edibBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Yevlax Şəhər Mədəniyyət Mərkəzi “N” nömrəli hərbi hissədə “Sən qalib gələcəksən ”adlı ədəbi- bədii tədbir təşkil edib

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzi şəhər ərazisində yerləşən “N” nömrəli hərbi hissənin yaradılmasının 5-ci ili münasibəti ilə “Sən qalib gələcəksən” adlı ədəbi-bədii tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Eldəniz Mustafayev açıb. O hərbi hissənin komandanlığını , zabit , gizir, çavuş, əsgər heyətini salamlayaraq təbriklərini çatırıb və Cabir Novruzun “Azərbaycan” şerini söyləyib. Sonra söz şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kür ” vokal instrumental ansamblına söz verilib və ansamblın solistləri Qaraməmmədli kənd Mədəniyyət evinin direktoru xanəndə Ədalət Əkbərov , Rəşad Hüseynov ,Orxan Əkbərov , Rəşad Şükürov bir-birindən rəngarəng musiqi nömrələri ilə tədbirə xüsusi bir zövq qatıblar. Tanınmış incəsənət ustalarından olan qonaq qismində Hərbi hissəyə dəvət olunan müğənnilər Respublikanın Əməkdar Artistləri Yusif Mustafayev , Elşad Qarayev, o cümlədən gənc müğənnilər Nəzakət Veysəlova , Türkanə Kərimova tədbirə daha da gözəllik bəxş edərək Hərbi hissənin bütün heyyətini böyük bir musiqi çələnginə ərməğan etdiblər. Sonra Ədalət Əkbərovun və Eldəniz Mustafayevin ifasında “Qarabağ ” kompozisiyası səsləndirilib. Bütövlükdə tədbir şəxsi heyətin böyük marağına səbəb olub. Tədbirin sonunda Hərbi hissənin komandanlığı bütün mədəniyyət işçilərinə o cümlədən, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə göstərilən diqqətə görə sonsuz minnətdarlıqlarını çatdırıblar.
Bolgexeber.com