Azərbaycanlı gəncin Rumıniyada partiya rəhbərliyinə namizədliyi irəli sürülüb
11-10-2017, 12:13
Oxunub: 1 987
Xaricdə yaşayan bəzi soydaşlarımız var ki, onların ictimai-siyasi fəaliyyətləri daim qürurla izlənib
Belə soydaşlarımız gənclər olanda isə bu qürur birə-beş artır. Bu cür gənclərdən biri də 20 ilə yaxındır ki, Rumıniyada yaşayan Kamran Allahverdiyevdir.
Qeyd edək ki, Kamran Rumıniyada yaşasa da öz doğma dilində və türk dilində, eləcə də ingilis alman və rumın dilində sərbəst danışa bilir. Bundan başqa o, gənc olmasına baxmayaraq yaşadığı ölkədə aktiv siyasətlə də məşğul olur. Kamran Rumıniyanın bir sıra siyasət adamları ilə görüşləri və bir sıra layihələrdə onlarla əməkdaşlıqları da olur. Bir neçə gün öncə osə Kamranla bağlı daha bir xoş xəbər aldıq. Belə ki, Rumıniyanın Cluj-Napoca şəhərində Rumıniyada hazırda iqtidarda olan PNL (liberal milli partiyası) toplantı keçirib. Toplantıya həmyerlimiz də dəvət edilib. “Toplantıya Rumıniya siyasətinin tanınmış simaları qatılmışdı. Burada millət vəkilləri, Avropa Parlamentinin üzvləri də var idi. Həmçinin milli liberal partiyasının rəhbəri də burada idi. Bu toplantıya mənim də dəvət olunmağımın səbəbi isə mən də artıq bu partiyanın aktiv üzvlərindənəm. Təbii ki, tədbir öncəsi və elə tədbir zamanı da sözügedən deputatlarla, Avropa Parlamentində təmsil olunan siyasətçilərlə xeyli ünsiyətim oldu, onlarla ölkəmiz haqqında eləcə də ümumilikdə bir sıra ictimai siyasi məsələlər barədə müzakirələr apardıq”-deyə o bildirib. Kamrana həmin gün ölkənin aparıcı təşkilatlarından birinə rəhbər seçilmək təklifi də edilib. O deyib: “Bildiyiniz kimi Cluj-Napoca Rumıniyanın tələbələr şəhəri kimi tanınır. Burada demək olar ki, bütün ölkələrdən olan tələbəyə rast gəlmək olar. Bu tədbir və bir sıra görüşmələrdən sonra axşam yeməyinə də qatıldım ki, burada mənim Cluj-Napocanın tələbələrin liberal partiyasının vitse-başkanı kimi namizədliyim irəli sürüldü. Bu ayın sonunda bununla bağlı seçimlər olacaq və seçilib seçilməyəcəyim son qərarlardan sorna bəlli olacaq. İnşallah ümid edirəm ki, mənə göstərilən etimadı doğruldacağam və seçimi də mənim üzərimdə quracaqlar”.
Tural
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər