BolgeXeber.Com » Şou-Biznes » Şou-biznesin borclu "ulduz"ları: Elza ödəmir, Tolik isə 1 manat davası edir

Şou-biznesin borclu "ulduz"ları: Elza ödəmir, Tolik isə 1 manat davası edir

11-10-2017, 13:05
Oxunub: 3 422 Şou-biznesin borclu "ulduz"ları: Elza ödəmir, Tolik isə 1 manat davası edirŞou-biznes nümayəndələrinin atdığı hər bir addım hər kəsin diqqət mərkəzindədir

Bu gün hər kəs müğənniləri yüksək gəlirli, bahalı həyat yaşayan təbəqə kimi bilir, elə qəbul edir. Çünki bir zamanlar efirə çıxan əksər müğənnilər bahalı avtomobilləri, bağ evləri, zinət əşyaları ilə qürrələnməkdən yorulmurdu. Lakin məlum devalvasiyadan sonra, çərxi fələk tərsinə dövran etməyə başladı. Öncə dolların məzənnəsi qalxdı, manat “öldü”. Ardınca da Vergilər Nazirliyi müğənniləri əməlli-başlı gözümçıxdıya saldı. İllərdir ayın az qalsın, hər günü toylarda oxuyan, lakin bununla belə, vergidən yayınan müğənnilər məşhər ayağına çəkildi, borcu olanların, hətta, ölkədən çıxışına belə qadağa qoyuldu.
İndi isə vəziyyət çox dəyişib. İfaçılar toyların azlığından şikayətlənir, evlərinin, maşınlarının kreditini ödəyə bilmədiklərini iddia edirlər.
Xatırlayırsınızsa, bir il öncə bəzi müğənnilərin vergi borcları haqqında məlumatlar yayıldı. Aralarında həqiqətən də fantastik rəqəmdə borcları olanlar da var idi.
Maraqlıdır, görəsən, ulduzlardan kimin dövlətə borcu var?
Cebhe.info yenidən mövzünü aktuallaşdıraraq, müğənnilərin nə qədər vergi borcu olduğunu araşdırıb. Məlum olub ki, bəzi müğənnilərin borcları olsa da, əksəriyyəti vergiləri ödəyib.
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın 3428.50, əməkdar artist, müğənni Abbas Bağırovun 651.86 AZN borcu var.
Qalmaqallı prodüser Tolikin (Tarix Əliyev) isə nə qədər qəribə olsa da, 1.28 AZN borcunun olduğu ortaya çıxıb.
Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Brilliant Dadaşova, Gülyanaq Məmmədova, Nisə Qasımova, əməkdar artistlər Röya Ayxan, Ədalət Şükürov, Cavanşir Məmmədov, müğənnilər Nadir Qafarzadə, Rəqsanə İsmayılova, Zamiq Hüseynov, Emil Bədəlov, Nadir Bayramlı, Damla, meyxanaçılar Namiq Qaraçuxurlu, Pərviz Bülbülənin dövlətə borcu yoxdur.
Əldə etdiyimiz məlumata görə, Vergilər Nazirliyi çal-çağır əhlini ciddi nəzarətdə saxlayır. Hətta, paytaxt restoranlarındakı toylarda nazirliyin nümayəndəsi olur, müğənnilərdən vergi ödənilməsi tələb olunur.