BolgeXeber.Com » Xəbərlər » Serbiyanın naziri Ərdoğana türkcə mahnı oxudu - VİDEO

Serbiyanın naziri Ərdoğana türkcə mahnı oxudu - VİDEO

11-10-2017, 13:33
Oxunub: 1 624 Serbiyanın naziri Ərdoğana türkcə mahnı oxudu - VİDEOSerbiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən axşam yeməyində Serbiya xarici işlər naziri İvitsa Daçiç hər kəsi heyrətləndirib

Publika.az xəbər verir ki, nazirlə rəsmi danışıqlardan sonra prezident R.T.Ərdoğanın şərəfinə axşam yeməyi təşkil olunub. Yeməkdə prezidentin həyat yoldaşı Əminə Ərdoğan, Baş Qərargah Rəisi General Hulusi Akar, Serbiya və Türkiyədən olan digər nümayəndələr iştirak edib. Axşam ən maraqlı anlarından biri nazir İvitsa Daçiçin “Osman Ağa” mahnısını türkcə ifa edərək rəqs etməsi olub.
Nazir Ərdoğan və digər dəvətlilər tərəfindən böyük alqış alıb.
Həmin videonu təqdim edirik: