Fırıldağın yeni növü - "Vosmoy bazarı" fırıldaqçıların "poliqon"-una çevrilib
12-10-2017, 15:08
Oxunub: 2 426
Paytaxtın “Vasmoy bazarı" kimi tanınan “8-ci km bazarı”nda yeni fırıldaqçılar peyda olub.
Bu barədə Metbuat.az-a məlumat verən mağaza sahibləri bildiriblər ki, fırıldaqçılar satıcıları aldadaraq, ayaqqabıların tayını oğurlayırlar.
Mağazaya yaxınlaşan qadın öncə bir ayaqqabı seçir. Daha sonra satıcıya bildirir ki, yoldaşı yeriyə bilmədiyi üçün yaxınlıqdakı avtomobildə gözləyir. Geyinib baxması üçün ondan ayaqqabının bir tayını verməsini istəyir. Satıcı bunun fırıldaq olduğunu anlamadan qadının dediyini edir. Həmin qadın daha sonra başqa mağazaya yaxınlaşaraq, eyni modelin digər tayını bu üsulla alır.
Baş veren hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirib ki, fırlldaqların hər dəfə yeni növləri əmələ gəlir:
“Əvvəllər satıcılar alıcıları aldadırdı. İndi alıcılar satıcıları aldatmağa başlayıb. Satıcılar aldanmamaq üçün ayıq-sayıq olsalar yaxşıdır. Nəinki uzun müddətə, qısa müddətə belə hər hansı bir məhsulu vermək olmaz”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə