BolgeXeber.Com » Gündəm » “Unibank”ın özbaşınalığına dözə bilməyən sahibkar damarlarını doğradı – FOTOLAR (16+)
“Unibank”ın özbaşınalığına dözə bilməyən sahibkar damarlarını doğradı – FOTOLAR (16+)
13-10-2017, 09:35
Oxunub: 3 404
İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov "Unibank”KB ASC-nin fəaliyyətindən və hərəkətlərindən cana doyaraq intihara cəhd edib
Bu barədə azxeber.com saytına daxil olan məlumatda bildirilir.
Məlumata əsasən, ötən gün səhər 5 radələrində Namət Əsgərov qol nahiyyəsinin kəsilməsi ilə İsmayıllı Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Adı çəkilən şəxsə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
İsmayıllı rayon polis şöbəsindən azxeber.com-a xəbəri təsdiqləyiblər.
Polis şöbəsinin tədqiqatçısı Səfa Əsgərov açıqamasında hadisə ilə bağlı bildirib ki, Namət Əsgərov kredit borcunu ödəyə bilmədiyinə görə özünü öldürməyə cəhd edib. Onun sözlərinə görə, hazırda İsmayıllı Rayon Prokurorluğunda istintaq işi davam etdirilir.
Qeyd edək ki, İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov "Unibank”dan götürdüyü 95000 dollar kreditlə öz kiçik obyektini genişləndirmiş, yeni iş yerləri açmışdır. Birinci devalvasiyaya qədər ödənişləri tam gecikməsiz ödəmiş, birinci devalvasiyadan sonra Unibankın təklifinə əsasən yeni qaydada ödənişləri həyata keçirmişdir. İkinci devalvasiyadan sonra Unibank sahibkara heç bir güzəşt tətbiq etməmiş, əksinə, Namət Əsgərovun güzəşt və ya yeni şərtlərlə müqavilənin uzadılması təklifinə bank rəhbərliyi heç bir münasibət bildirməmişdir. Bank sahibkarın şifahi və yazılı müraciətlərinə rəğmən Namət Əsgərovu – borclunu məhkəməyə vermiş, borcun girovda olan evlərə (qeyd edək ki, 95000 dollar kredit götürmək üçün N.Əsgərov Unibanka 3 ev girov qoyub-öz evi, bacısının evi və digər qohumunun evi) və yeganə gəlir mənbəyi olan obyektinə yönəldilməsini tələb etmişdir.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər