BolgeXeber.Com » Şou-Biznes » TONIKA GROUP fəaliyyətə başladı

TONIKA GROUP fəaliyyətə başladı

14-10-2017, 08:52
Oxunub: 4 994 TONIKA GROUP fəaliyyətə başladı “Tonika Group”un əsas məqsədi təşkilatçılıq sahəsində bir çox yeniliklərə imza ataraq, tədbir təşkilatçılığında olan boşluqların doldurulmasını təmin etməkdir

10.10.2017-ci il tarixində “Tonika Group” adı ilə daha bir prodakşn fəaliyyətə başladı. “Tonika Group”un əsas məqsədi təşkilatçılıq sahəsində bir çox yeniliklərə imza ataraq, tədbir təşkilatçılığında olan boşluqların doldurulmasını təmin etməkdir. “Tonika Group”un rəhbəri Nicat Həsənzadə ilə söhbət zamanı yeniliklərindən bir o qədər məlumat verməsə də, yaxın günlərdə 2 xarici dövlətlə əməkdaşlıq çərçivəsində Gürcüstanda baş tutacaq “Master Class” barədə məlumat verdi. “Tonika Group”un başqa bir layihəsi isə “Elektron Toy” layihəsidir. Bu layihə barədə də yaxın günlərdə ətraflı məlumat verəcəklərini bildirən Nicat Həsənzadə bu layihənin də Azərbaycanda zamanın nəbzini tutan və hər kəsin rahat istifadə edəcəyini bildirən bir layihə olacağını qeyd etdi. Həmçinin “Tonika Group” Tədbir təşkilatçılığı, layihələrin hazırlanması və həyata keçirilməsi və bu sahədə bir çox işlərin görülməsi üzrə də fəaliyyətini davam etdirəcək !

Partnyor: Brand Organization, Alo Hədiyyələr

İnformasiya Dəstəyi: www.big.az , www.showbiz.az, yenigundem.az, bolgexeber.com, frame.az
Bolgexeber.com
TONIKA GROUP fəaliyyətə başladı
TONIKA GROUP fəaliyyətə başladı
TONIKA GROUP fəaliyyətə başladı