BolgeXeber.Com » Xəbərlər » Növbəti səyyar qəbul Seydimli kəndində oldu- Tərtərdə

Növbəti səyyar qəbul Seydimli kəndində oldu- Tərtərdə

14-10-2017, 10:18
Oxunub: 2 474 Növbəti səyyar qəbul Seydimli kəndində oldu- TərtərdəCəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır

Bolgexeber.com xəbər verir ki,rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
Bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və KİV nümayəndələrinin iştirakı ilə Seydimli kəndində keçirildi.

Kənd sakinlərindən Ələddin Süleymanov, Akif Məmmədov rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Surəya Hüseynova, Mədinə Rzayeva, MəlahətHüseynova kəndarası yolların, tibb məntəqəsinin təmirinə, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu dedilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.
Bolgexeber.com